Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Dollar bahalaşa bilərmi? – Deputatdan açıqlama

“Bu ilin birinci yarısında dünya neft bazarında xam neftin bir barelinin qiyməti 110 dollar təşkil edib. Son vaxtlar müəyyən qalxıb-enmələr şəraitində neftin qiymətinin aşağı düşməsi müşahidə olunur”.

Bunu iqtisadçı deputat Əli Məsimli deyib. O bildirib ki, hazırda qiymət 100 dolların ətrafındadır və bu, 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulan proqnoz rəqəmindən 1,6 dəfə yüksəkdir:

“Yüksək neft qiymətlərinin uzunmüddətli olması ehtimalı az olsa da, beynəlxalq maliyyə təşkilatlarının və digər qurumların qənaətinə görə, qeyri-adi heç nə baş varməsə, 2022-ci ildə dünya bazarında neftin ortalama qiyməti bütün variantlarda Azərbaycan büdcəsində nəzərdə tutulan səviyyədən yüksək olacaq. İlboyu 70 və 90 dollar arasında qiymət dəyişəcək. İllik təxminən 85 dollarlıq orta qiymət proqnozlaşdırılır. Bu qiymətin kritik həddin başlanğıcı hesab olunan 40 dollardan 2 dəfə yüksək olması onu deməyə əsas verir ki, devalvasiya ehtimalı yoxdur. Bununla belə, hazırkı məzənnə siyasəti ilə manatı bundan sonra uzun illər 1 dollar -1,7 manat səviyyəsində saxlamaq mümkünsüzdür. Gec-tez tam üzən məzənnə rejiminə keçiriləcək. Manat sərbəst üzən məzənnə rejiminə keçərkən məzənnənin dəyişməsi labüd haldır”.

Deputatın sözlərinə görə, hazırkı iqtisadi şəraitdə, eləcə də məzənnə siyasətinin davamı kimi manatın tam üzən məzənnəyə keçidinin ilkin şərtləri yoxdur:

“Hazırda devalvasiya üçün real iqtisadi əsaslar və sərbəst üzən məzənnəyə keçilməsi üçün lazımı şərtlər mövcud olmasa da, çox güman ki, növbəti illərdə manatın sərbəst üzən məzənnəyə keçməsi ilə bağlı müəyyən qərarların verilməsi gündəmə gələcək. Azərbaycanda hazırkı məzənnə siyasətinin məntiqi nəticəsi bundan ibarətdir ki, maliyyə sektorunda durum kritik həddə çatanda, devalvasiyaya gediləcək. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, belə qiymət xeyli müddət davam edərsə, onda makroiqtisadi vəziyyət də, tədiyyə balansındakı durum da pisləşəcək və devalvasiya qaçılmaz olacaq. Azərbaycan sərbəst üzən məzənnə rejiminə keçmədiyindən, manatın məzənnəsi ilə bağlı rəsmi qərarı Mərkəzi Bank verir”, – deyə Ə.Məsimli bildirib. (Unikal)

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button