2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dövlətə xəyanətdə ittiham olunan ruhaniyə hökm oxundu

Hacı Əli Behişti özünü təqsirli bilmir

Bir ilə yaxındır ki, dövlətə xəyanət ittihamıyla həbsdə olan ruhani Hacı Əli Behiştiyə (Əliyev) yanvarın 29-da hökm oxunub. Hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, ruhani Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 15 il azadlıqdan məhrum edilib.

Hacı Əli Behişti İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların nümayəndələrilə mütəmati görüşüb, onlara məlumatlar ötürməkdə, əvəzində pul almaqda ittiham olunur.
Cinayət işində yazılıb ki, 1962-ci il təvəllüdlü Hacı Əli Behişti 2007-ci ildə İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan SEPAH-a bağlı olan Əkbər adlı şəxslə əməkdaşlığa başlayıb. İranda olarkən Behişti təxəllüsünü götürüb.

Saytların yığılması Saytlarin yigilmasi

O, 2007-2014-cü illərdə Binə, Maştağa, Nardaran qəsəbələrindəki məscidlərə gedib, orada dini inanclı şəxslər barədə məlumatlar toplayıb. Daha sonra həmin məlumatları, o cümlədən məscidlərin sayı və s. barədə informasiyaları qarşı tərəfə çatdırıb.

İddia olunur ki, ruhaninin yaşadığı evdə axtarış aparılanda onun xarici xüsusi xidmət orqanlarıyla əlaqəsini təsdiqləyən sənədlər tapılıb.

Lakin Hacı Əli Behişti özünü təqsirli bilmir. Məhkəmədə ifadəsində bildirib ki, evindən İrana aid telefon nömrələri tapılmış kağız parçası tapılıb. İstintaq bunu onun İranın xüsusi xidmət orqanıyla əlaqəsinin sübutu kimi qiymətləndirib. Onun sözlərinə görə, əslində, həmin nömrələr aeroportda, vağzaldakı sorğu bürolarının nömrələri olub və uzun illər əvvəl götürüb yazıb ki, İrana səfərləri zamanı nəsə lazım olanda zəng edib soruşsun.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, İranın Qum şəhərində təhsil alıb, orada yaşayıb. Lakin heç vaxt bu ölkənin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etməyib.

Hacı Əli Behişti bildirib ki, onda dövlət sirri sayılan məlumatlar olmayıb. Bu səbəbdən harasa dövlət sirrini ötürə də bilməzdi.

Təqsirləndirilən şəxs Azərbaycan Ruhanilər Məclisi adında icmalarının olduğunu, orada gündəlik məsələlər və dini söhbətlər etdiklərini də məhkəmədə söyləyib.

Ruhani istintaq zamanı fərqli ifadə verib. Məhkəmədə bu ziddiyyəti izah edərkən bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətində (DTX) ona qarşı zorakılıq göstəriləcəyilə təhdid olunub. Bu səbəbdən öz əleyhinə ifadə verməyə məcbur olub.

Hacı Əli Behişti 2023-cü il aprelin 6-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button