2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dövlət bullinqə qarşı mübarizədə fəallıq imitasiyası yaradır

Noyabrın 23-də Bakı ətrafındakı orta məktəbin buraxılış sinifinin şagirdi şəbəkə səhifəsində uzun post dərc edib. O, özünün biseksual oriyentasiyası, məktəbdə və ailədə məruz qaldığı bullinq (aqressiv təqib) barədə bildirib. 

Onun incidilməsinin tarixçəsi 8-ci sinifdə oxuduğu, qızlara xas geyim və saç düzümü ilə göründüyü vaxtdan başlayır. O zamandan bəri onu açıq-aşkar ələ salırlar, bəzən döyürlər. Bir dəfə şagirdlər onun uşaqlıqdan itdən qoxduğunu bilə-bilə məktəbdən kənar bir yerdə onu tutub üstünə it qısqırdıblar. Öz oxuduğu məktəbin və digər məktəblərin şagirdləri ona istehza edirlər. Oğlan müəllimlərdən də özünə qarşı həqarətli, təhqiramiz münasibət görür.

Etik mülahizələrdən və yetkinlik yaşına çatmayanların hüquqları haqqında qanunun tələbinə uyğun olaraq məktəblinin adını, soyadını və məktəbin nömrəsini açıqlamırıq. Şagirdin 16 yaşı var.

Saytların yığılması Saytlarin yigilmasi

O, Turan ilə söhbətində yazdıqlarını təsdiqləyib, sonrakı günlərdə məktəbdə baş verənlər barədə şəbəkədə məlumat verməyə davam edib. Uşaq, Qadın və Ailə Problemləri üzrə Dövlət Komitəsi, Bakı şəhər təhsil şöbəsi, Təhsil Nazirliyinin “Məktəbin dostu” layihəsinin əməkdaşları müxtəlif vaxtlarda məktəbə gediblər. Ombudsman Aparatının nümayəndələri ona telefon edərək durumu ilə maraqlanıblar.

Hazırda uşağın ailəsində vəziyyət ağırdır, anası bir neçə dəfə huşunu itirib, oğlan atasının və anasının səhhətinin pisləşməsindən qorxaraq valideynlərinin telefon nömrələrini bildirməkdən imtina edib.

Sözügedən qurumların əməkdaşları Turan ilə söhbətdə deyiblər ki, oğlanla və məktəb kollektivilə iş aparılır, məsləhətlər verilib, məktəblilərlə və müəllimlərlə söhbət aparılıb. Həmin qurumların mətbuat xidmətləri etik mülahizələrə və hadisənin ictimaiyyətdən gizli saxlanılmasının zəruriliyinə istinad edərək bu işin təfərrüatları barədə məlumat vermirlər. Lakin bullinqə məruz qalan şagird özü haqda məlumatları açıqlayır. O bildirir ki, özünü gizləmir, çünki seksual azlıqların özlərini ifadə etmək hüququnu və yaşam tərzini qəbul etməyən cəmiyyətə qarşı açıq mübarizə aparmaq niyyətindədir.

Məktəb direktoru Turan ilə telefon söhbətində öz şagirdinə qarşı zorakılığın istənilən formasını inkar edir. O, sualları cavablandırmaqdan imtina edərək deyib ki,  bütün məlumatı Bakı təhsil şöbəsinə bildirib.

Oğlan onun fikirlərilə razı deyil, sosial şəbəkələrdə bildirir ki,  zorakılıq olub və davam edir. Həmin təhsil ocağında onun normal təhsil alması mümkün deyil, ona görə məktəbə getməkdən imtina edir.

Sonrakı yazılarda o, başına gələnlər barədə ilk dəfə məlumat verdikdən sonra müəllim və şagirdlərin ona qarşı münasibətinin pisləşdiyini bildirib. Yeniyetmə yazır ki, qurumların nümayəndələri şagirdləri şəbəkələrdə oğlanı gözdən salan mətnlər yerləşdirməyə, onun davranışının məktəbi rüsvay etmək istəyi olduğunu söyləməyə təşviq edirlər.

Yeniyetmə statuslarından birində bildirib ki, rus dili müəllimi sinifdə onun fotosunu göstərib və gey olduğunu deyib.

Şagirdin cəmiyyətlə münaqişəsi davam edir. Qadın, Uşaq və Ailə Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Bakı təhsil şöbəsi, Təhsil Nazirliyi və “Ailənin dostu” layihəsinin mətbuat xidmətlərinin Turan-a bildirdikləri fəal iş vəziyyəti yaxşılaşdırmayıb, əksinə, başqaları kimi yaşamaqdan imtina edən şagirdə qarşı digər şagirdlərdən və müəllimlərdən ibarət vahid cəbhənin yaranmasına şərait yaradıb.

Oğlanın taleyilə bağlı konkret qərar qəbul edilməyib. Sanki müxtəlif idarələrin mütəxəssisləri düşünürlər ki, kollektivlə söhbət edərək onların qeyri-ənənəvi oriyentasiyalı oğlana çoxillik münasibətini dəyişmək olar. Buraxılış sinif şagirdinə məktəbə gəlmədən onlayn yolu ilə məktəbi bitirməyə şərait yaratmaq olar. Ondan imtahan götürüb attestat vermək olar ki, məzun Azərbaycanda və ya ona anlayışla yanaşılacaq başqa bir ölkədə həyatını davam etdirə bilsin. Turan-dan bu təklifi eşidən həmsöhbətlərimiz ona münasibət bildirmək istəməyiblər, aparılan işin nəticələrini gözləməyi məsləhət görüblər.

Turan “Qadınlar üçün” Təşəbbüs Qrupunun rəhbəri Zümrüd Yağmurun fikrini öyrənib. O, oğlanı və ailəsini tanıyır, çoxillik bullinqin olduğunu təsdiq edir və bu məktəblini çox sakit uşaq kimi xarakterizə edir. O, öz xüsusiyyətini gizlətməyən, öz hüquqları uğrunda mübarizə aparmaq niyyətini bildirən oğlanın açıqlığını dəstəkləyir. Z.Yagmur Bakı məktəbində 14 yaşlı Elina Hacıyeva ilə baş vermiş faciəvi olayı xatırladıb. Qeyri-adi xarici görünüşünə görə təqib edilərək intihar həddinə çatdırıldı. İctimai xadim ehtiyat edir ki, dövlət qurumları tərəfindən səmərəli fəaliyyətin olmaması 2019-cu ildə E.Hacıyevanın başına gələnlər kimi nəticələnə bilər.  0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button