2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dövlət Departamenti: Bakı və Yerevan arasında razılaşdırılmamış bir neçə məsələ qalıb

“Bakı və Yerevan arasında razılaşdırılmamış bir neçə məsələ qalıb”. 

Toplum TV xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller “Turan” agentliyinə açıqlamasında bildirib. 

Miller növbəti dəfə bəyan edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh sazişi əldə etmək səylərini dəstəkləyir. 

Saytların yığılması Saytlarin yigilmasi

O xatırladıb ki, dövlət katibi Entoni Blinkenin iki ölkə liderlərləri ilə Münhendə keçirdiyi görüşlərdə məhz bu məsələ müzakirə olunub.

“İki lider Münhendə ikitərəfli görüş keçirib. ABŞ sülhə nail olmaq üçün öz yardımını və dəstəyini davam etdirəcək”.

Sülhün yaxın olduğunu deyə bilərikmi, – sualına cavabında Miller deyib ki, sülh əlçatandır:

“Dövlət katibi iki ölkənin liderləri ilə bunu müzakirə edərək, qalan bir neçə məsələni aradan qaldırılması üçün birlikdə işləməyə çağırıb.”

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button