2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət Departamenti: Rusiyada seçkilər azad və ədalətli olmayacaq

Rusiya prezident seçkilərinə (çox güman ki, Vladimir Putinin hakimiyyətini uzadacaq) yaxınlaşdığı üçün ABŞ seçkilərdən heç bir sürpriz gözləmədiyini bildirib.

“Düşünmürəm ki, bunun azad və ədalətli seçki olmayacağı dünyada  kimin üçünsə sürpriz olsun”, –  brifinq zamanı mətbuat katibi Metyü Miller bildirib.

Səsvermə martın 15-17-də keçiriləcək və Putinin siyasətinə, o cümlədən Ukraynadakı müharibəyə qarşı çıxan heç bir namizəd yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Müharibə əleyhinə olan yeganə xadim Boris Nadejdin hakimiyyət onun öz namizədliyini irəli sürməsi üçün kifayət qədər imza toplamadığını bəyan etdikdən sonra seçkilərdən kənarlaşdırılıb.

2021-ci ildə Putinin imzaladığı qanun ona daha iki prezidentlik müddətinə, yəni 2036-cı ilə qədər öz namizədliyini irəli sürməyə imkan verir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button