2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dövlət Komitəsinin sədri: “Son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil”

“Son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti adət-ənənə ilə yaşamalı, qanuna tabe olmalıdır: “Əgər bizim istəklərimiz qanuna uymursa, bu qanunun günahı deyil. Cəmiyyət konkret olaraq nə istədiyini bilməlidir. Hər zaman bu mövzularda qəti mövqeyim olub. Lakin son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil. Özümüzü olduğumuzdan daha qatı mühafizəkar göstəririk. Niyə? Bu baxımdan hesab edirəm ki, milli-mənəvi dəyərlərimizi qorumaqla qanunlara tabe olmalıyıq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button