2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dövlət Neft Fondu gəlirləri aşağı düşüb

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağından 1 milyard 308 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Toplum TV xəbər verir ki, bu barədə yanvarın 8-də Fond məlumat yayıb. 

Bildirilir ki, bu, 2022-ci illə müqayisədə 135 milyon ABŞ dolları və ya 9,36 % azdır.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il Neft Fonduna daxil olan vəsaitlərin 324,396 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci illə müqayisədə 4,171 milyon ABŞ dolları və ya 1,27 % azdır.

Həmçinin qeyd olunub ki, Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Məlumata görə, bu, 2022-cü ilin göstəricisi ilə müqayisədə 2 milyard 989,8 milyon ABŞ dolları və yaxud 30,23 % azdır.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button