2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DTİHB və Venesiya Komissiyası hesab edir ki, Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanunu yenidən nəzərdən keçirməlidir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mateo Mekaççi Gürcüstana səfəri zamanı xarici agentlər haqqında qanunla bağlı narahatlığını ifadə edib.

“Vətəndaş cəmiyyətinin işi istənilən demokratiyanın təməl daşıdır, birləşmək azadlığı hüququ isə digər insan hüquqları spektrinin əsasını təşkil edir”, deyə o bildirib. “Vətəndaş cəmiyyəti təşkilatlarına, o cümlədən müstəqil seçki müşahidəçilərinə qarşı istənilən yeni tələblər insan hüquqları baxımından əsaslandırılmalıdır. Xaricdən maliyyə dəstəyi alan vətəndaş cəmiyyəti təşkilatlarını xarici dövlətlərin maraqlarını təmsil edən təşkilat adlandıran qanunvericilik birləşmək azadlığı hüququna xələl gətirir”, deyə o qeyd edib.

O, birləşmək azadlığına hörməti təmin etmək üçün DTİHB-nin hakimiyyət və digər maraqlı tərəflərlə işləməyə hazır olduğunu təsdiq edib.

Saytların yığılması Saytlarin yigilmasi

DTİHB-nin qanun layihəsinin hüquqi cəhətdən təhlili üzərində işlədiyini deyən Mekaççi dinc toplaşmaq azadlığı hüququnun müdaifə olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində, Avropa Şurasının Venesiya Komissiyası öz təcili rəyində israrla xarici agentlər haqqında qanunu ləğv etməyi tövsiyə edib, belə ki, o, birləşmək və ifadə azadlığına mənfi təsir göstərəcək.

Avropa Şurası Parlament Assambleyasının sorğusu əsasında Venesiya Komissiyası təcili prosedur çərçivəsində qanunu qiymətləndirib. Komissiya Avropa Şurası Parlament Assambleyası sədrinin və Baş Katibinin çağırışlarına baxmayaraq, Gürcüstan parlamentinin qanunu qəbul etməzdən əvvəl onun rəyini gözləmədiyinə təəssüf edir.

Rəydə qanunun tətbiq olunan beynəlxalq standartlar və Avropa standartları ilə uyğunluğu təhlil olunur. Sənəddə qanunda ifadə azadlığı, birləşmək azadlığı və şəxsi həyatın toxunulmazlığı hüququ ilə bağlı müəyyən edilən məhdudiyyətlərin  Avropa İnsan Hüquqları Konvensiyasında və Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda müəyyən edilmiş ciddi meyara uyğun olmadığı qənaətinə gəlinir, belə ki, onlar qanunilik, legitimlik tələblərinə, demokratik cəmiyyət və mütənasiblik zərurətinə, habelə ayrı-seçkiliyə yol verilməməsi prinsipinə cavab vermir.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button