Now Reading:
DTX-dan nəşriyyatda əməliyyat – Daha bir baş redaktor həbs edildi

DTX-dan nəşriyyatda əməliyyat – Daha bir baş redaktor həbs edildi

Bu gün axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Azərbaycan” nəşriyyatında daha bir əməliyyat keçirib.

Əməliyyat zamanı “Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində özünə bir neçə otaq kirayələmiş “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev DTX əməkdaşları tərəfindən qandallanarq, aparılıb.

Hələlik hər hansı rəsmi açıqlama verilməsə də, ilkin ehtimallara görə, Habil Vəliyevin həbsi bir neçə gün əvvəl DTX-nın jurnalist adı altında vətəndaşlardan şantaj və təhdidlə pul tələb edən dəstənin zərərsizləşdirilməsi üçün başlatdığı əməliyyatın davamıdır.

Xatırladaq ki, bu gün həbs edilən Habil Vəliyevlə bir neçə gün əvvəl həbs edilən”Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev arasında “birgə əməkdaşlıq”dan əlavə, həm də kirvəlik münasibətləri var, hər ikisi böyük bir “reket jurnalist şəbəkəsi”nə başçılıq edib.

Onu da xatırladaq ki, Habil Vəliyevin rəhbərlik etdiyi qəzetin adı bir neçə dəfə Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”na salınıb və naməlum səbəblərdən çıxarılıb.

Hətta “reket baş redaktor”un buna etiraz olaraq, Mətbuat Şurasının iclas salonuna belində silahla girib, Şura üzvlərini təhdid etdiyi haqda da o vaxt xəbərlər  yayılmışdı. Çox maraqlı idi ki, onunla bağlı şoxsaylı şikayətlərin olmasına baxmayaraq, barəsində bu günədək hər hansı tədbir görülmürdü.

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından qısa müddət sonra isəiqtidara yaxın media orqanlarında Habil Vəliyevlə yanaşı, bir neçə gün əvvəl insanların intim görüntülərini gizlii çəkib, şantaj etmək və digər məsələlərdə ittiham olunaraq həbs olunan “Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevlə bağlı sensasiyalı məlumat yayılmışdı. Bildirilirdi ki, bu “reket redaktor”lar MTN-nın həbsdə olan keçmiş generallarının şantaj şəbəkəsində xüsusi yer alıblar…

(strateq.az)

Input your search keywords and press Enter.