2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

DTX İŞİD-in mühasibini həbs etdiyini deyir

Azərbaycan vətəndaşı Mircavad Salahov İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayətində şübhəli bilinərək saxlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fevralın 24-də yaydığı məlumata görə, onun Suriyanın Raqqa şəhərində İŞİD-ə qoşularaq xüsusi təlim düşərgəsinə göndərildiyi, odlu silahdan istifadə qaydalarına yiyələndiyi müəyyən edilib.

Habelə iddia edilir ki, daha sonra Salahov İŞİD terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb: “Silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərmiş, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənmişdir”.

Xidmətin müəyyən etdiyinə görə, Mircavad Salahovu İŞİD-ə qardaşı Mircəlal Salahov cəlb edib. Rəsmi açıqlamaya görə, Mircəlal sözügedən terror təşkilatının Suriyada apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Mircavad Salahov Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak), Mircəlal Salahov isə 281-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə münaqişələrdə iştirak) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Hələlik, rəsmi açıqlamaya sözügedən qardaşların və onların yaxınlarının münasibətini almaq mümkün olmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button