Loading...
Loading...
Cəmiyyət

Dubayda qadın satan Vəfaya HƏBS TƏLƏBİ

Dubaya qadın apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mürşüdova Vəfa Ramiz qızının cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək Vəfa Mürşüdovanın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 26- da davam edəcək.

Qeyd edək ki, Vəfa Mürşüdova Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.

2017-ci il sentyabr ayının 22 – də Vəfa Mürşüdova DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən həbs edilib.

İstintaq dövründə Vəfa Mürşüdovanın işi üzrə iki zərərçəkmiş qadın tanınıb.

Məlum olub ki, həmin qadınlar Vəfa Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.

Gözdən qaçırmayın:  General Nizami Məmmədov həbs olundu - FOTO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button