2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dünyanın ən varlı adamı sərvətini yoxsullara paylayacaq

İnformasiya texnologiyaları nəhəngi Microsoftun qurucusu Bill Qeyts var-dövlətinin 95%-ni xeyriyyə məqsədilə ehtiyacı olanlara paylayacaq.

24saat.org Strateq.az-a istinadən xəbər verir ki, bunu dünyanın ən zəngin adamı olan Bill Qeytsin özü deyib.
İtaliya mətbuatına açıqlama verən iş adamı atmağı planlaşdırdığı bu addımı sərvətinin ehtiyaclarından xeyli artıq qalmasıyla əsaslandırıb: “Uşaqlarıma yaxşı təhsil almaq imkanı verə bildiyim və onların həyatları boyunca pulla bağlı heç bir qayğılarının olmamasını təmin etdiyiniz üçün özümü şanslı hiss edirəm. Amma bu pulun 95%-i mənim və onların ehtiyaclarını ödəmələri üçün çoxdur. İzafi kapitalımdan başqalarına kömək üçün istifadə etmək istəyirəm”.
60 yaşlı iş adamının bu xeyirxah təşəbbüsü ilk hadisə deyil. Məlumata görə, Bill Qeyts 2007-ci ildən bu yana xeyriyyə məqsədilə 38 milyard dollar xərcləyərək, 6 milyon yoxsulun həyatını xilas edib. Bill Qeyts 80 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin insanı ünvanını illərdir əlində saxlayır. İş adamının sərvətinin 95%-i 76 milyard dollar edir.  Bu vəsait Azərbaycanın 5 illik dövlət büdcəsi qədərdir.

 

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button