2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Dünyanın gözü Türkiyədədir… Ərdoğandan bir-birinin ardınca kritik təmaslar

class=”mediyanet-inline-adv”>

Prezident Rəcəb Tayyib Ərdoğan G20-də kritik təmaslar edib.

Dünən başlayan zirvə çərçivəsində ikitərəfli görüşlərini davam etdirən Ərdoğan bu günlərdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salmanla görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan daha sonra Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

Görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələr, artan ticarət həcmi, enerji sahəsində yeni əməkdaşlıqlar, regional və qlobal məsələlər də müzakirə edilib.

Qarşılıqlı səfir təyinatları ilə əlaqələrin yeni dövrə qədəm qoyduğuna diqqət çəkən prezident Ərdoğan, ikitərəfli əlaqələrin ən qısa zamanda layiq olduğu səviyyəyə çatacağına inandığını bildirib.

class=”mediyanet-inline-adv”>

Misir rəhbərliyinin türk sərmayəçilərinə və şirkətlərinə verdiyi dəstəyin əhəmiyyətli olduğunu vurğulayan prezident Ərdoğan, LNG, nüvə enerjisi, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın canlandırılmasına da önəm verdiklərinin vurğuladı.

İclasda xarici işlər naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, kommunikasiya direktoru Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç və prezidentin baş müşaviri Sefer Turan da iştirak ediblər.

Ərdoğan daha sonra Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel və sammitin ev sahibi Hindistanın baş naziri Modi ilə görüşüb.

ƏRDOĞAN – SASI DÜNYADA GÖRÜŞMƏNİN BAŞLIQLARI

Ərdoğan-Sisi görüşü dünya mətbuatından da yan keçməyib. Arab News xəbər verir ki, “İki lider ölkələri arasında ikitərəfli əlaqələr və enerji əməkdaşlığını müzakirə ediblər”.

“Times of India” qəzeti “Ərdoğan Yeni Dehlidə keçirilən G20 Sammitində misirli Əbdülfəttah Əl Sisi ilə görüşüb” başlığı ilə oxucularının qarşısına çıxıb.

AFP görüşün Türkiyə ilə Misir arasında 10 illik mübahisədən sonra baş tutduğunu vurğulayıb. Qətərdə yerləşən Əl-Cəzirə telekanalı canlı bloq səhifəsində görüşü “Ərdoğan və Sisi təkbətək görüşdü” başlığı ilə açıqlayıb.

class=”mediyanet-inline-adv”>

Baron’s xəbərində “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında on ildir davam edən mübahisədən sonra bazar günü Yeni Dehlidə keçirilən G20 sammiti zamanı misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə üz-üzə görüşüb” deyib.

2023-09-10 10:58:42

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button