2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ədliyyə nazirinin müavini gürcüstanlı həmkarı ilə görüşüb

Gürcüstanda səfərdə olan ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov bu ölkənin ədliyyə nazirinin müavini Beka Caniaşvili ilə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkənin hüquq-mühafizə, xüsusən də ədliyyə orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Söhbət zamanı Tbilisidə “Məhbusların və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, bu cür görüşlər həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əməkdaşlığı daha da genişləndirir və möhkəmləndirir.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button