2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ekspert: “Azərbaycan Ermənistanın ekoloji cinayətinə göz yuma bilməz”

“Azərbaycan Ermənistanın ekoloji cinayətinə göz yuma bilməz”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, Ermənistan 30 ildən artıq idi ki, işğal altında saxladığı torpaqlarımızda ekoloji terror həyata keçirirdi. Bu gün isə həmin niyyətini Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək istəyir: “Arazdəyən kəndində inşa edilən metallurgiya zavodunun illik istehsal gücü 180 min tondan çoxdur. Bu da olduqca böyük tullantı və zəhərli qaz deməkdir. Təbii olaraq da Azərbaycan bu cür ekoloji cinayətə göz yuma bilməz. Onsuz da illərdir Ermənistanda olan “Metsamor” atom elektrik stansiyası ilə bağlı böyük problemlərimiz var. Onun da bütün tullantıları Araz çayına axıdılırdı. İndi yenə də Arazdəyəndə metallurgiya zavodunun tikilməsi böyük bir fəlakətlərə gətirib çıxaracaq”.

Ekspert qeyd edib ki, bütün dünyada təbii su ehtiyatları getdikcə tükənir: “Havaya və suya buraxılan zəhərli qazların, metalların nə dərəcədə ətrafa zərər verəcəyini öncədən düşünmək lazımdır. Ermənilər bu hərəkətlərinin onların özlərinə belə nə dərəcədə zərərli olacağını düşünsəydilər, heç orada belə bir zavod tikməzdilər. Bilirsiniz ki, Araz çayı Kür çayına birləşir, daha sonra Xəzər dənizinə tökülür. Beləliklə, ermənilərin bu qanunsuz hərəkətləri nəticəsində həm çaylarımız, həm də dənizimiz çirklənəcək. Bu isə gələcəkdə qida təhlükəliliyinə gətirib çıxaracaq. Xatırlayırsınızsa, Ermənistan uzun illərdir ki, həm də Oxçuçaya zərərli metallar və tullantılar axıdıb”.

İ.Həsənova vurğulayıb ki, Ermənistan Azərbaycanla sərhədə yaxın ərazidə belə bir zavod tikməklə bütün ekoloji konvensiyaları tapdalayır: “Təəssüf ki, bu qədər danışmağımıza, yazmağımıza və göstərdiklərimizə baxmayaraq, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı susur. Ermənistana qarşı hər hansı bir tədbir görülmür. Nəzərə almaq lazımdır ki, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan əvvəl layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesində Azərbaycanın da iştirakını təmin etməli idi. Əgər Ermənistan üçün metallurgiya zavodunun yaradacağı çirklənmə heç bir əhəmiyyət daşımırsa, onun üçün öz əhalisnin sağlamlığı önəmli deyilsə, o zaman zavodu Azərbaycan sərhədlərindən uzaqda, Ermənistanın içərilərində inşa etsin”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button