2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ekspert: “Azərbaycanla Hindistanın əməkdaşlığı yüksək potensiala malikdir”

“Azərbaycan və Hindistan bir çox sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün yüksək potensiala malikdirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a hindistanlı ekspert, Allahabad Universitetinin dosenti Uday Pratap Sinq bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan və Hindistan zəngin mədəniyyətə, tarixə və təbiətə malik ölkələrdir. O bildirib ki, turizm sahəsində əməkdaşlığın inkişafı, yəni viza prosedurlarının sadələşdirilməsi və mədəniyyətlərarası mübadilənin təşviqi iki ölkə arasında turist axınını artıracaq: “Turizm sənayesində birgə işləmək həm Azərbaycana, həm də Hindistana fayda gətirərək iqtisadi artım və mədəniyyətlərarası qarşılıqlı əlaqə üçün yeni üfüqlər aça bilər. Əməkdaşlığın gücləndirilməsi hər iki ölkə üçün uğurlu olacaq”.

U.Pratap Hindistanın ticarət və sənaye naziri Anupriya Patelin Azərbaycana son səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olduğunu qeyd edib: “Nazirin səfəri ölkələrin enerji, ticarət və mədəni mübadilə sahələrində ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətini ortaya qoyur. Azərbaycan və Hindistan enerji, ticarət, müdafiə və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün güclü potensiala malikdirlər”.

Ekspert onu da əlavə edib ki, iqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi strateji əlaqələrin inkişafına təkan verəcək: “Bu da öz növbəsində yeni ittifaqların və ya mühüm razılaşmaların yaradılmasına gətirib çıxara bilər”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button