2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ekspert: “Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi regional sabitliyin vacib elementidir”

“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi Ermənistanla Hindistan arasında artan ikitərəfli hərbi əlaqələr fonunda Cənubi Qafqazda sülhün, sabitliyin və rifahın təmin edilməsində vacib elementdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin Azərbaycana səfərini şərh edərkən deyib.

“Ölkələr arasında əməkdaşlıq infrastrukturun inkişafı, Azərbaycanın Qarabağ bölgəsində minalardan təmizləmə prosesinin aparılması üçün vacibdir. Azərbaycan, Pakistan və Türkiyə arasında hərbi sahədə ikitərəfli və üçtərəfli strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir”, – o bildirib.

Ekspert qeyd edib ki, Pakistan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin sentyabr ayında həyata keçirdiyi lokal antiterror tədbirləri dəstəkləyib: “Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi İslamabad Qarabağ regionunu Azərbaycanın suveren ərazisi hesab edir. Ölkənizin regionun demilitarizasiyası üzrə səyləri qanuni hüquqları çərçivəsindədir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button