2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ekspert: “Qarabağda qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir”

“Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O xatırladıb ki, Azərbaycanda Qurban bayramı qeyd olunur: “Hazırda Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Nəticədə məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilib. Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddir. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button