2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ekspert: “Xəzər dənizi Azərbaycanla Türkmənistan arasında dostluq rəmzi və əməkdaşlığı genişləndirmək imkanıdır”

“Xəzər dənizində “Dostluq” karbohidrogen yatağının birgə işlənməsi Azərbaycan-Türkmənistan ikitərəfli əməkdaşlığının dinamikasını gücləndirəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Mərkəzi Asiya və Avropaya dair siyasi məsələlər üzrə pakistanlı ekspert Malik M.Şafiq deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq tarix, mədəniyyət, din və iqtisadi maraqlara əsaslanır: “Zəngin neft və təbii qaz ehtiyatlarına malik Azərbaycanla Türkmənistan Sovet İttifaqının dağılmasından sonra iqtisadi inkişaf, ətraf mühit, geosiyasi məsələlər və təhlükəsizlik baxımından oxşar çağırışlarla qarşılaşıb. Yenicə müstəqillik əldə etmiş bu dövlətlər 1992-ci il iyunun 9-da diplomatik münasibətlər qurmaq qərarına gəliblər. Səfirliklərin açılması ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan tarixi hadisə idi. Azərbaycanla Türkmənistan arasında etimad və qardaşlıq münasibətləri birgə müəssisələrin yaradılması və əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün yeni imkanlar açıb”.

Malik M.Şafiq Azərbaycan ilə Türkmənistan arasında neft-qaz, nəqliyyat və logistika sənayesində uğurla inkişaf edən əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “2021-ci il yanvarın 21-də Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu anlaşma memorandumu iki ölkə liderlərinin müdrikliyinin nəticəsi olmaqla yanaşı, təkcə enerji sahəsində deyil, həm də bir çox sahələrdə əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı niyyətin olduğunu əks etdirir”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button