2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Elçin Əmirbəyov: Ermənistan regionda gələcəkdə də dalan ünvanı qalmaq istəsə, bu onun seçimidir

Qarabağın erməniəsilli sakinləri hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün Azərbaycan vətəndaşları sayıla bilməzlər. Onların əksəriyyətinin artıq Ermənistan pasportları var. Azərbaycan vətəndaşlığı üçün müraciət edən mindən az adam qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov İtaliyanın “In Terris”ə müsahibəsində nəşrin Qarabağ müharibəsi, ermənilərin köçü, onların qayıtması və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün planlar barədə suallarını cavablandırarkən deyib.

Nəşrin jurnalistinin, öz təbirincə, “açıq və rəhmsiz” “Azərbaycanın yaxın gələcəkdə Ermənistanı işğal etmək niyyəti varmı?” sualına səfirin cavabı aydın və birmənalı olub:

“Qətiyyən. Bu, son günlərdə yayılan və mənşəyini axıra qədər anlaya bilmədiyimiz saxta xəbərlərdir. Bu cür yalan xəbərlərə səbəb və ya bəhanə olaraq “Zəngəzur dəhlizi” adlandırılan, Azərbaycan ilə onun eksklavı olan Naxçıvan arasında yaranacaq nəqliyyat bağlantısı göstərilir: əslində isə bu, yalnız Azərbaycanı və Ermənistanı və ya region dövlətləri birləşdirən bir bağlantı deyil, eyni zamanda daha geniş anlamda Asiyanı Avropa ilə birləşdirə biləcək orta nəqliyyat dəhlizinin alternativ marşrutu ola bilər və əslində dünya ticarətinə güclü təkan verə biləcək strateji layihədir”.

Onun sözlərinə görə, İrəvan “dəhliz sözünü bəyənmirsə, keçid, yol, bağlantı və s. kimi terminlərdən istifadə oluna bilər”.

Elçin Əmirbəyov xatırladıb ki, sözügedən termin “sırf iqtisadi və nəqliyyat anlayışıdır”:

“Əgər Ermənistan bu məsələ ilə bağlı artıq öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməsə, bizim mahiyyət etibarilə alternativ variantımız mövcuddur və beləliklə Azərbaycanın əsas hissəsini onun Naxçıvan muxtar respublikası ilə İranın ərazisindən dəmiryolu və avtomobil yolu ilə birləşməsi layihəsi qısa bir zamanda həyata keçiriləcəkdir. Ermənistan isə indiyə qədər necə regionda dalan ünvanı olmuşdursa, elə də qalacaq, və bu ermənilərin özlərinin seçimi olacaqdır. Sualınıza cavab olaraq isə bir daha deyim ki, istənilən halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur və bu, böyük ehtimalla Ermənistan tərəfindən qəsdən yayılan bir əsassız iddiadır”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin jurnalistin Qarabağdakı erməni sakinlərinin sayı və onların mümkün qayıdışı ilə bağlı sualını cavablandırıb. O, ilk növbədə, xatırladıb ki, “onlar hələ Azərbaycan vətəndaşlığı üçün müraciət etmədikləri üçün” vətəndaş deyillər:

Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdə biri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır. Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb”.

Səfir Əmirbəyov nəzərə çatdırıb ki, “bir çox konstitusiyada, o cümlədən İtaliya konstitusiyasında dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan olunub”. Onun firkincə, “onları geri qaytarmaq mürəkkəb məsələdir”.

“Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq öngörülə bilən bir seçimdir, lakin bu onların özlərinin fərdi bir seçimi olmuşdur, baxmayaraq kı, Azərbaycan höküməti onları ölkəni tərk etməməyə çağırışlar etmişdir. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və biz bu insanların təhlükəsizliyinə, hüquqlarına və iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, cəlbedici rol oynaya bilər”, – Elçin Əmirbəyov vurğulayıb.

Nəşr prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsindən Azərbaycanın İsrail – Fələstin münaqişəsindəki mövqeyini də soruşub.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan “bəlkə də dünyada İsraillə ən yaxşı münasibətə malik olan müsəlman əksəriyyətli ölkədir”:

“Bu, sadə dostluqdan daha artıqdır. Yəhudi icmasının ölkəmizdəki dinc şəraitinə baxmaq bunu anlamağa kifayət edir. Biz hesab edirik ki, münaqişənin dini yox, ərazi mənşəyi var. Hər iki tərəfdən insan itkisinə görə kədərlənirik və bu səbəbdən biz də Birləşmiş Millətlər Təşkilatı ölkələrinin əksəriyyəti kimi Qəzzada gedən döyüşlərdə atəşkəs xeyrinə səs verdik. Biz hesab edirik ki, tezliklə sülh şəraiti bərpa edilməlidir, günahsız insanlar həyatlarını itirməməlidir, və biz iki xalq, iki dövlət formulunu nəzərdə tutan məlum həll yolunu dəstəkləyirik”.

Səfir eyni zamanda Azərbaycanda katoklikliyin, ümumilikdə xristianlığın vəziyyəti ilə bağlı suala da aydınlıq gətirib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button