2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli İnsanov seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyib

Hüquq və Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyib.

Toplum TV xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin bəyanatında deyilir.

Bildirilir ki, məsələylə əlaqədar keçirilən iclasda partiyanın idarə heyəti yekdilliklə qərar qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əli İnsanov çıxışı zamanı partiyanın 2022-ci il noyabrın 3-4-da keçirilən geniş tərkibdəki yığıncağında Prezident İlham Əliyevin siyasətini daim dəstəkləmək qərara alındığını xatırladıb:

“Bu qərarın davamı olaraq bugünkü iclasda İclasda biz hakim Yeni Azərbaycan Partiyasının qarşıdan gələn növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyi ilə bağlı qərarını dəstəkləməliyik”.

İndiyədək hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin Prezidentliyə namizədliyi irəli sürülüb.

Müxalifət partiyaları – Müsavat Partiyası seçkilərdə iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button