2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimli avtoritarizmə və ömürlük hakimiyyətə qarşı mübarizəyə çağırıb

“İndi ağır zamanlardan keçirik. Ancaq qəti inanıram ki, bədəli nə olur olsun, biz Rəsulzadə cümhuriyyətini mütləq 3-cü dəfə də quracağıq. Böyük öndərin dediyi kimi, ədalət günəşi mütləq parlayacaq!” Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin seçki öncəsi müraciətində deyilir.

“İlham Əliyevin ömürlük hakimiyyətə can atmasına hamımız etiraz etməliyik. O, seçkiləri saxtalaşdırmaq yolu ilə artıq 20 ildir ki, hakimiyyətdədir”, deyə Kərimli qeyd edir.

AXCP sədrinin fikrincə, dünyada ömürlük hakimiyyətdə olanlardan heç biri xalqın hüquq və azadlıqlarını təmin etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Yoxdur belə ölkə. Ömürlük hakimiyyətlər azadlıq, ədalət, demokratiya və rifaha düşmən, xalqlarını inkişafdan saxlayan, mahiyyətcə anti-milli hakimiyyətlər olur. Baxmayaraq ki, repressiya maşını ölkəmizdə danışmağı, etiraz etməyi, hətta təşkilatlanmağı xeyli çətinləşdirib. Baxmayaraq ki, hazırda bu millətin gənc və günahsız qızları da siyasi sifarişlə həbs olunur, Tofiq Yaqublu və Qubad İbadoğlu kimi məşhur siyasətçilər, müxalifət və ictimai fəallar kütləvi qaydada şərlənərək həbs olunub, ancaq biz yenə də xalq olaraq Azərbaycan arzusundan vaz keçməmək üçün özümüzdə güc tapmalıyıq. Daxili dedi-qoduları, taktiki fikir ayrılıqlarını kənara qoyub, ölkəmizdə avtoritarizmdən totalitarizmə, tək adam hakimiyyətindən ömürlük hakimiyyətə keçidə ümumxalq müqavimətini təşkil etməliyik. Bu mübarizə Azərbaycan uğrunda, Azərbaycanın maraqları uğrunda mübarizədir. Biz AXCP olaraq bu mübarizədə sonuna qədər varıq!”, deyə müraciətdə qeyd edilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button