2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyev Rəsulzadə ilə bağlı sərəncam imzaladı

İki nazirlik və AMEA-ya Rəsulzadənin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlamaq tapşırıldı

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda Məhəmməd Əmin Rəsulzadənin (31 yanvar, 1884-cü il ) doğum tarixinə toxunulur.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunur ki, 2024-cü ilin yanvar ayında Mədəniyyət, Elm və təhsil nazirlikləri Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə onun 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsinlər:

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı”.

“Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparıb”, – deyə sərəncamda bildirilib.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub.

1902-ci ildə M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb.

1911-ci ildə Müsavat Partiyasının əsasını qoyanlardan biri olan Rəsulzadə 1917-ci ilin payızında Rusiya Dumasına Azərbaycan və Türküstandan millət vəkili seçilib.

1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub.

Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb.

Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin may-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri olub.

M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button