Gündəm
Əliyevlə Paşinyan Sankt-Peterburqda görüş keçiriblər
Bakı/27.12.23/Turan: Dekabrın 26-da Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü söhbət olub. Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. Nəşrin mənbələrinə görə, tərəflər “Yeni ildən az sonra” imzalana biləcək sülh müqaviləsi üzərində fəal işləməyə davam edirlər.
Erməni tərəfi iki ölkə liderlərinin görüşündə “Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlərin” müzakirə olunduğu barədə məlumat yayıb.-06B-