Loading...
Loading...
Texnologiya

Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

    Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxmağa başlamışdı. Həmin məlumatların ortaya çıxmasından daha öncə isə Musk sözügedən sosial şəbəkənin səhmlərinin 9%-ni əldə etmişdi. Aprel ayının sonunda rəsmi şəkildə elan edilmişdi ki, Musk Twitter-i 44 milyard dollara alacaq. Lakin indi məlum olub ki, o, Twitter-in satın alınma prosesini dayandırıb. Səbəb isə sosial şəbəkədə olan fake və spam istifadəçi hesablarıdır. Həmin istifadəçi hesabları Musk-ı narahat edir və o, Twitter-də bu cür hesabların hansı sayda olduğunu təyin etmək istəyir. Məlumata əsasən sosial şəbəkənin satın alınması ləğv edilməyib.

    O sadəcə olaraq müəyyən müddətlik dayandırılıb. Bu müddət ərzində Twitter-də fake və spam istifadəçi hesablarının sayı dəqiqləşdirilməlidir. Musk bildirib ki, Twitter-in öz məlumatlarına əsasən sosial şəbəkədə olan bu cür hesabların sayı ümumi istifadəçi hesablarının 5%-ni təşkil edir. Musk bildirib ki, sözügedən göstəricinin doğruluğu müəyyən olunana kimi tərəflər arasında müqavilənın bağlanması təxirə salınıb. Sözügedən xəbərin ortaya çıxmasından sonra Twitter-in səhmlərinin dəyərləri 20% aşağı düşüb. Twitter tərəfindən fake və spam istifadəçi hesabları üzrə hazırlanan hesabatın isə nə zaman təqdim olunacağı və yekunda müqavilənin bağlanma şərtlərinə təsir edib-etməyəcəyi bilinmir.

24 saat” “Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planşetini anons edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun