2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əməkdar artist Aygün Bəylər vəfat edib

Əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin  Ankara şəhərində vəfat edib.

Toplum TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Aygün Hümmətova 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

Saytların yığılması Saytlarin yigilmasi

1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. 

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət tədbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.

O, 2002-ci ildə sabiq prezident Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülmüşdü.

Aygün Bəylərin son vaxtlar onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Allah rəhmət eləsin!

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button