2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Ər-Riyad İsveç səfirini nazirliyə çağırıb

2023-07-04 08:00:07

İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günündə məscid qarşısında Quranın yandırılması ilə bağlı reaksiyalar davam edir. Səudiyyə Ərəbistanı Qurani-Kərimin yandırılmasına icazə verilməsinə cavab olaraq İsveçin Ər-Riyaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada deyilir: “Səudiyyə Ərəbistanı bu utanc verici hərəkəti qəti şəkildə rədd edir”.

Nazirliyin bəyanatında İsveç hökumətindən “xalqlar və dövlətlər arasında mövcud olmalı olan hörmətə xələl gətirən, tolerantlıq və mötədillik kimi dəyərlərə zidd olan hərəkətləri dayandırması” tələb olunub. Salvan Momika adlı iraqlı iyunun 28-də İsveçin paytaxtı Stokholmdakı böyük məscidin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi əvvəlcə təpikləyib, sonra isə yandırıb. Səudiyyə Ərəbistanı iyunun 29-da Qurani-Kərimin yandırılması aktını pisləyib.

Saytların yığılması Saytlarin yigilmasi

PAPA DA QURANIN TƏHHİR EDİLMƏYİNİ QİYMƏTLƏNDİ

İsveçdə Qurani-Kərimin yandırılmasına katolik dünyasının ruhani lideri Papa Fransiskdən reaksiya gəlib. Birləşmiş Ərəb Əmirliklərində çıxan “Əl İttihad” qəzetinə danışan Papa Fransisk Qurani-Kərimin yandırılmasının qəbuledilməz olduğunu bildirib. Bu cür hərəkətlərin onu qəzəbləndirdiyini və iyrəndiyini ifadə edən Papa, “Hər kitab müqəddəs sayılır və bu kitaba inananlara hörmət edilməlidir” deyib. Papa vurğuladı ki, o, bu cür hərəkətləri rədd edir və onların icazəsini pisləyir.

Papa Fransisk

İraqlı Salvan Momikanın bayramın ilk günü Qurani-Kərimi yandırması və bu hərəkəti izləyən İsveç polisi müsəlman dünyasında böyük reaksiyaya səbəb olub. Bu aksiyanın İsveçin NATO-ya üzvlük üçün Türkiyədən təsdiq gözlədiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button