2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ərdoğan: “Türkiyə əsrinin inşasına və hədəflərimizə çatmağımıza heç bir güc əngəl ola bilməyəcək”

“Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün vəfatının 85 illiyi ilə əlaqədar Anıtqəbiri ziyarət edərkən deyib.

“Əziz Atatürk, vəfatınızın 85-ci ildönümündə bir daha sizi və silahdaşlarınızı, vətənimiz üçün şəhid düşən oğullarımızı və eyni ideologiya üçün qanlarını axıdan qazilərimizi rəhmətlə yad edirik. İlk əsrini böyük bir qürurla geridə qoyduğumuz və ikinci əsrinə qədəmlədiyimiz cümhuriyyətimizi qalib və müzəffər etmək üçün 21 ildir olduğu kimi, bu gün də əzmlə çalışırıq. Məzlumların ümidi, kimsəsizlərin kimsəsi və vətəndaşlarının qüruru olan Türkiyə Respublikasını hər sahədə inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Türkiyə əsrinin inşasına və xalqımızın əsrlik hədəflərinə çatmasına heç bir güc əngəl ola bilməyəcək. Ruhun şad olsun!”, – o qeyd edib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button