Loading...
Loading...
Gündəm

Erməni komandanlığından əsgərlərə xəbərdarlıq: “Azərbaycanlılardan qorxub qaçanlar vurulacaq”

teslimDağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-də intensivləşmiş hərbi əməliyatlarda Ermənistanın silahlı qüvvələri böyük itkilər verir. Həmin itkilər ermənilər arasında təşviş, təlaş ruh düşkünlüyü yaradıb.

Milli.az Ermənistan mediasına istinadən bildirir ki, сəbhə bölgəsindəki hərbi hissələrdə fərarilik, mövqeləri qoyub qaçmaq, hətta Dağlıq Qarabağı tərk edərək, ümumiyyətlə, Ermənistana üz tutmaq halları artıb. Bununla bağlı Dağlıq Qarabağın Hadrut, Ağdərə, Əsgəran Martuni rayonlarındakı hərbi hissələrdə komandirlər qeyri-rəsmi olaraq əsgərlərə “Təslim olan, qaçan vurulacaq” xəbərdarlığı ediblər.

Ermənistanın Müdafiə Nazirliyi bu xəbəri “əsassız şayiə” adlandırsa da, ermənilər sosial şəbəkələrdə olayı geniş müzakirə edir, xəbərdarlığın gerçəkdən də olduğunu vurğulayırlar.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, dünən Ermənistanın haynews.net saytı da erməni ordusunda fərarilik demoralizasiyanın yüksək həddə olduğundan yazmış, hətta erməni komandirlərinin silahı atıb qaçmaq istəyən 17 əsgəri güllələdiklərini bildirmişdi.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun