Siyasət

Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya postları qurmaq lazımdır

Ermənistanda baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan hesab edir ki, sərhəddə hərbi toqquşma riski olmadan demarkasiya işləri aparmaq üçün bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiyanın sərhəd postlarını qurmaq lazımdır.

Azadlıq Radiosu Ermənistan xidmətinin iyulun 29-da yaydığı məlumata görə, o bunu hökumətin iclasında deyib və qeyd edib ki, bu məsələni Rusiya tərəfi ilə müzakirə etməyə hazırlaşırlar.

Paşinyan bunadək yalnız Sünik istiqamətindəki sərhəd məntəqələrdən birində beynəlxalq müşahidəçilər yerləşdirilməsini təklif edirdi.

Azərbaycan Ermənistanı təxribatçılıqda günahlandırır.Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi , sentyabrda sədrliyi ələ alacaq Ermənistan təşkilat üçün təhlükə yaratmamaq və müttəfiq ölkələri hərbi əməliyyatlara cəlb etməmək məsuliyyətini başa düşür və mən Ermənistan silahlı qüvvələri tərəfindən hər hansı bir təxribat hərəkətlərini rəsmi olaraq istisna edirəm. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanla Ermənistan arasındakı qarşılıqlı ittihamların həqiqiqiliyini aydınlaşdırmaq üçün, bu təşkilatın monitorinq missiyasının bütün Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi mümkün həll yollarından biri ola vbilər.Hansı ki, bu təşkilatın fəaliyyətinin hüquqi normalarında nzərdə tutulur.

Paşinyan qeyd edib ki, təşkilat çərçivəsində belə bir missiyanın həyata keçirilməsi mümkünsüz olduğu təqdirdə isə ATƏT-in Minsk Qrupunun həmsədrliyi də daxil olmaqla, digər beynəlxalq formatlar Ermənistan tərəfi üçün məqbul ola bilər”,deyə o vurğulayıb.

“İndiki şəraiti nəzərə alaraq, Azərbaycanla sərhəddə hərbi toqquşma riski olmadan demarkasiya işləri aparmaq üçün, bütün sərhəd boyunca Rusiya sərhəd postlarının qurulmasını ağlabatan hesab edirəm” deyə Paşinyan bildirib.

Ermənistan-Azərbaycan sərhədi

Sərhəddə vəziyyət hələ də sabit deyil.

Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyətə gəldikdə isə Paşinyan deyib ki, vəziyət hələ ki, sabitləşməyib.

O, Azərbaycanı təcavüzkar ritorika və hərəkətlərdə, həmçinin vəziyyətin siyasi və davamlı şəkildə həlliylə bağlı beynəlxalq aləmin təkliflərini cavabsız qoymaqda günahlandırıb.

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan 44 günlük Qarabağ savaşı və 3 tərəfli atəşkəs razılaşmasından sonra öz əzəli sərhədlərini bərpa edir.

Son vaxtlar sərhədin müxtəlif istiqamətlərində atəşkəsin pozulması, itki və xəsarətlər olması barədə məlumatlar gəlir.

Tərəflər buna görə bir-birini günahlandırırlar.

24 saat” “Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya postları qurmaq lazımdır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button