Loading...
Loading...
Siyasət

Ermənistan hökumətinin proqramı Türkiyə ilə münasibətlərin normallaşmasını və Qarabağın təhlükəsizliyini nəzərdə tutur

Bakı/19.08.21 Ermənistan hökumətinin dünən İrəvanda keçirilən toplantıda 2021-2026-cı illər üçün qəbul etdiyi proqram Türkiyə ilə münasibətlərin normallaşmasını nəzərdə tutur.

“Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin olmaması, sərhədlərin bağlanması, həmçinin Türkiyənin 44 günlük müharibədə açıq iştirakı bölgədə sülhə və davamlı inkişafa mənfi təsir göstərir. Ermənistan Türkiyə ilə münasibətləri heç bir şərt olmadan normallaşdırmağa hər zaman hazırdır, bu da regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf maraqlarına cavab verir. Bu gün Ermənistan Respublikası Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün səy göstərməyə hazırdır.  İlkin şərtlər olmadan irəliləyən tərəflər qarşılıqlı etimad mühiti yaratmaq, tədricən normal əlaqələr qurmaq üçün birlikdə çalışmalıdırlar”, – deyə proqramda qeyd olunur.

Eyni proqramda qeyd olunur ki, Ermənistan bundan sonra da Qarabağ xalqının təhlükəsizliyinin qarantı olaraq qalacaq. Eyni zamanda bu təhlükəsizliyin “Müdafiə Ordusu tərəfindən təmin ediləcəyi” bildirilir. Rusiya sülhməramlı qüvvələrinin olması bunun ən etibarlı təminatçısıdır. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button