Siyasət

Ermənistan Zəngəzur dəhlizini açmadan Türkiyə ilə münasibətləri nizamlamaq istəyir

Bakı/24.09.21 Ermənistan Türkiyə ilə münasibətlərini nizamlamalı, regionda sülh və sabitliyin bərqərarına nail olmalıdır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan cümə günü Yerevanda keçirilən brifinqdə bildirib.

“Bu məntiq çərçivəsində biz həmçinin Türkiyə ilə münasibətləri də nizama salmalıyıq. Bu nizamlanma tədricən olmalıdır. Əminik ki, nizamlanmanın imkanlarından biri Ermənistanla Türkiyə arasında yüksək və ali səviyyədə dialoqdur və bu istiqamətdə siyasi addımlar atılır”, – Qriqoryan deyib.

Eyni zamanda o deyib ki, Zəngəzur dəhlizinin açılmasına çağıran Türkiyənin şərtlərilə münasibətlərin normallaşmasına başlamaq çox çətin olacaq. -02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button