Loading...
Loading...
Gündəm

“Ermənistandakı vəziyyətlə bağlı cəbhədə iri miqyaslı təxribat ola bilər”

Deputat Qüdrət Həsənquliyev Qarabağla bağlı xüsusi iclas çağırılmasını təklif edib

Deputat Qüdrət Həsənquliyev Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib.

24saat.org xəbər verir ki, Milli Məclisin iclasında deputat bildirib ki, daxili vəziyyətdən istifadə üçün təxribat törədərək, cəbhədə atəşkəs iri miqyasda pozula bilər. “Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik. Paralel şəkildə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə, Rusiya ilə intensiv danışıqlara başlamalıdır”.
Spiker Oqtay Əsədov isə narahtlıq üçün əsas olmadığını bildirib: “Azərbaycan prezidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır”.

24saat.org

Gözdən qaçırmayın:  Jitomir bombardumandan sonra - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button