2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Erməni nazir “anklavlar” məsələsinin həllilə bağlı Yerevanın baxışını açıqlayıb

Bakı/29.23.12/Turan: “Səkkiz kənd ya dəyişdirilməli, ya da həmin ərazilərin hüquqi əsasları müəyyənləşdirilməlidir, bu gün Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 1990-cı illərin əvvəllərində Ermənistanın işğal etdiyi Azərbaycan kəndləri məsələsinə toxunarkən bildirib.

“Azərbaycanın bununla bağlı ayırdığı bəzi ərazilər var və bizim haqqında bəhs etdiyimiz ərazilər var”, – Sanosyan deyib, Ermənistan KİV bildirib.

Onun sözlərinə görə, “ya mübadilə aparılmalıdır, ya da bu ərazilərin hüquqi əsasları müəyyən edilməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Sanosyan qeyd edib ki, sərhədin demarkasiyası və delimitasiyası bu suallara cavab verə bilər.

Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanın nəzarəti altında olan 8 kənd məsələsi hər zaman danışıqlarda müzakirə olunub və onların Azərbaycana məxsusluğu mübahisə predmeti deyil.

Bununla yanaşı, o qeyd edib ki, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələlərini bir-birindən ayırmaq lazımdır.- 06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button