2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənilər Azərbaycanın bütün şərtlərini qəbul etməlidir – İ.Əliyev

Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməli və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Bu barədə dövlət başçısı İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlqoyma mərasimində bildirib.

“Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Onlar səhv etmişdilər, bu gün də səhv edirlər. Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”, deyə Əliyev qeyd edib.

“Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin”, deyə Əliyev Xocalı sakinlərinə xitabən bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, tezliklə Malıbəyli, Kərkicahan, Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button