2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Ermənilər Kəlbəcərdə belə kef edirlər – VİDEO

1993-cü ildən Ermənistan ordusunun işğalı altında olan Kəlbəcər şəhərindən yeni video yayılıb. İstiPress-in məlumatına görə, ermənilər Kəlbəcərin İstisu sanatoriyasında əyləndiklərini sosial şəbəkədə paylaşıb.

Videonun üzərində açıq havada temperaturun -10 dərəcə, müalicəvi su hesab edilən təbii bulaqda +62 dərəcə istiliyin olduğu qeyd edilib. İsti suyun töküldüyü çayda isə temperaturun +3 dərəcə olduğu bildirilir. Müalicəvi bulağın ətrafı qarla örtülüb.

Qeyd edək ki, İstisu kəndinin məşhur mineral suyu olan “İstisu” bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınıb. Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Saytların yığılması Saytlarin yigilmasi

istipress

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button