2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi verəcək

Ermənistan işçi kanallar vasitəsilə yaxın günlərdə mina sahələrinin yeni xəritələrini Azərbaycan tərəfinə verəcək. “Armenpress”in məlumatına görə, bu barədə cümə axşamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Ermənistan artıq bir neçə dəfə Azərbaycan ərazisindəki minalanmış sahələrə dair 972 xəritəni Azərbaycana təhvil verib.

Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, onun sərəncamında daha keyfiyyətli xəritələr  yoxdur və ötürülən xəritələr Qarabağ hərbçilərindən alıb.

Saytların yığılması Saytlarin yigilmasi

“ 2023-cü il dekabrın 7-də Ermənistanın baş nazirinin ofisi ilə Azərbaycan prezidentinin administrasiyası arasında aparılan danışıqlar nəticəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti Dağlıq Qarabağın keçmiş hərbi qulluqçuları arasında sorğunu bərpa edib. Bunun  nəticəsində 8 yeni fxəritə müəyyən edilib və onlar yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə ötürüləcək. Bu sənədlərin surətləri beynəlxalq tərəfdaşlara veriləcək”, – deyə məlumatda bildirilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button