2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistan Kamil Zeynallının sərbəst buraxılmasına münasibət bildirib  

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan azərbaycanlı fitnes məşqçisi və influenser Kamil Zeynallının Rusiyada azadlığa buraxılmasına münasibət bildirib. 

Toplum TV xəbər verir ki, Qriqoryan fevralın 22-də yerli mətbuata açıqlamasında məsələni diqqətdə saxladıqlarını bildirib. 

“Əminəm ki, cavab tədbirləri olacaq, amma hazırda bu barədə daha ətraflı danışmaq istəmirəm, çünki bununla bağlı kollegial müzakirə aparılmalıdır”, – Qriqoryan bildirib. 

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalistin Rusiyaya etiraz notasının verilib-verilməyəcəyi ilə bağlı sualına isə o, belə cavab verib: “Hadisələri qabaqlamayaq, rəsmi cavab olanda danışarıq”.

Xatırladaq ki, Kamil Zeynallı fevralın 20-si axşam saatlarında Moskva Domodedovo hava limanında saxlanılıb. Sonradan məlum olub ki, Ermənistan tərəfi Zeynallını qətldə ittiham edərək, barəsində beynəlxalq axtarış elan edib. 

Növbəti gün Moskva məhkəməsi Zeynallını azadlığa buraxıb. Onun vəkili Rusiya tərəfinin qərarını humanizmin təzahürü kimi qiymətləndirib.

Kamil Zeynallı bu güh səhər saatlarında Azərbaycana qayıdıb. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button