2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Ermənistan və qondarma rejim arasında böyük ziddiyyət

Qondarma rejimin “rəhbəri” Bako Saakyan Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasına münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Saakyan “Azadlıq” radiosunun Ermənistan bürosuna müsahibəsində dolayı yollarla rəsmi İrəvanın Qarabağın “müstəqilliyini” tanımamasından şikayətlənib.

“Biz Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasının tərəfdarıyıq. Ona görə də bu istiqamətdə işləyirik. Amma hesab edirik ki, Dağlıq Qarabağın “müstəqilliyini” birinci Ermənistan tanımalıdır.

Saakyan Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın sözlərini təkrarlayıb. O bildirib ki, əgər Azərbaycan yenidən hərbi əməliyyatlara başlasa, Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımaqdan başqa alternativi qalmaycaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bako Saakyan - Qondarma rejimin “rəhbəri”

Ötən gün Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan açıqlamasında Bako Saakyanın müsahibə zamanı təkrarladığı cümləni istifadə etmişdi. “Əgər Azərbaycan tanınmamış Dağlıq Qarabağ respublikasına qarşı yeni hərbi əməliyyatlara başlayarsa, Ermənistan “DQR”in müstəqilliyini tanıyacaq”, – deyə Köçəryan bildirib.

Şavarş Köçəryan - Ermənistanın xarici işlər nazirinin müavini

Onun sözlərinə görə, “DQR”lə bağlı məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqillyinin” tanınması deyil.

Köçəryan bildirib ki, Ermənistan hökumətinin gündəliyinə “DQR”in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib.

Nazir müavini deyib ki, tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq.

Bako Saakyan və Şavarş Köçəryanın açıqlamalarından belə görünür ki, rəsmi İrəvan qondarma respublikanın tanınmasını yalnız təzyiq vasitəsi kimi istifadə edir. Həmçinin burada Ermənistan və qondarma rejim “rəhbərliyi” arasında fikir ayrılıqlarının olduğu ortaya çıxır. Çünki Saakyan Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasını istəyir. Amma Ermənistan onların istəklərini yerinə yetirmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button