2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Ermənistan vaxtında nəticə çıxarmasa, ona nə Fransa, nə də digərləri kömək edə biləcək” – RƏY

“Ermənistan vaxtında nəticə çıxarmasa, ona nə Fransa, nə də digərləri kömək edə biləcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu yeni səhifə sülh və əməkdaşlıq üzərində qurulmalı, Azərbaycan-Ermənistan münasibətləri yenidən qonşuluq və əməkdaşlıq səviyyəsinə yüksəlməlidir:

“Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan danışıqları müxtəlif platformalarda keçirildi. Baş tutan üçtərəfli və ikitərəfli görüşlərin predmeti ölkələrarası danışıqları sülhə aparmalı idi və müəyyən irəliləyişlərə nail olunmuşdu. Amma təəssüf ki, Ermənistan Brüssel görüşü qabağı yenidən təxribatlara əl atdı və sərhədlərimizdə gərginlik yaratdı. Bütün bunlara baxmayaraq, bu gün Avropa İttifaqı sədrinin təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş keçirilib və münasibətlərin normallaşdırılması üçün danışıqlar aparılır”.

Brüssel görüşünü yüksək dəyərləndirən deputat hesab edir ki, görüşdə dövlət başçıları vəziyyəti normallaşdırmaq üçün müəyyən konturları müəyyənləşdirəcəklər:

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ancaq siyasi yollarla həyata keçməlidir. Əks halda bu, regionda vəziyyəti yenidən gərginləşdirəcək və Ermənistanı məhvə aparacaq. Əgər yenidən müharibə baş verərsə, nə ilə başa çatacağını qabaqcadan açıq deyirik. Prezident İlham Əliyevin verdiyi ismarışlar həmişə reallığa çevrildiyindən, Ermənistan vaxtında nəticə çıxartmalıdır. Əks halda onlara nə Fransa, nə də digərləri kömək edə biləcək”.

Fransa hakimiyyətinin qərəzli mövqeyindən danışan Azər Badamov qeyd edib ki, rəsmi Paris Aİ-nin sədrliyindən sui-istifadə etməyə çalışır:

“Makron hakimiyyəti gizli yollarla Ermənistanı silahlandırmaqda və ona “bacılıq” etməkdə davam edir. Fransanı narahat edən Azərbaycanın qalib gəlməsi və müstəqil siyasət yürütməsidir. Fransanın özünün tarixinə baxsaq görərik ki, bu dövlət həmişə müstəmləkəçilik siyasəti yürütmüş, müsəlmanlara qarşı soyqırımlar törətmişdir. Makron həm də çalışır ki, Rusiyanı regiondan sıxışdırıb çıxartsın. Onun hərəkətləri dövlət başçısının hərəkətlərinə oxşamır. Bu səbəbdən Fransa beynəlxalq siyasətdə hörmətdən düşür. O cümlədən Fransanın daxili siyasətində də Makronun hakimiyyətinə qarşı narazılıqlar artır. Sadə fransızlar Makronun istefasına çağırırlar. Bütün bunlar onu deməyə imkan verir ki, Fransanın özü böyük böhran yaşayır”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button