2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Balasanyanı dindirib

Vəkil dindirilməni təsdiqləyib, amma detalları açıqlamayıb

Oktyabrın 13-də keçmiş “Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Bu barədə Balasanyanın vəkili Rafael Martirosyan yerli mediaya danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Vitali Balasanyan dindirilib, amma başqa şəxslərin, xüsusən də generalların bu iş üzrə dindirilməyə dəvət olunacağını düşünmürəm. İndiki mərhələdə narahatlığa əsas görmürük”, – deyə onun vəkil Martirosyan qeyd edib.

Dindirmənin sabiq “müdafiə naziri” Samvel Babayanın ifadələri əsasında olub-olmamasına gəlincə, vəkil bunu təkzib edib:

Əminəm ki, bunun Samvel Babayanın ifadələri ilə qətiyyən əlaqəsi yoxdur. Onun bəyanatları keçmiş prezidentlərə ünvanlanıb”.

Vitali Balasanyan 1959-cu ildə Əsgəran rayonunda anadan olub.

O, 1990-cı ildə Yerevan kooperativ ticarət texnikumunu, 2011-ci ildə isə Ermənistan Dövlət İqtisadiyyat Universitetini bitirib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlanan 1988-ci ildə V.Balasanyan Əsgərandakı özünümüdafiə hissələrindən birinə rəhbərlik edib.

2 il sonra isə özünümüdafiə qüvvələrinin komandiri seçilib.

V.Balasanyan 1999-cu ilin sentyabrında 2005-ci ilə kimi tanınmamış “DQR müdafiə nazirinin müavini” olub.

2000-2005-ci illərdə o həm də “Artsax müharibəsi veteranları ittifaqı” ictimai təşkilatının sədri olub.

Bir müddət öncə Ermənistanın keçmiş müdafiə naziri, Birinci Qarabağ müharibəsinin əsas iştirakçılarından sayılan Seyran Ohanyana da cinayət işi açılıb.

Fevralın 8-də isə Ermənistan parlamenti onun deputat toxunulmazlığını ləğv edib.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button