2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanlı hərbçilərə hökm oxundu

Hakimlər hesab edib ki, ittihamlar məhkəmədə təsdiqini tapıb

Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində saxlanıldığı bildirilən Ermənistanın iki hərbçisi – Karen Kazaryan və Arutyun Ovagimyanın hər biri 11 il 6 ay azadlıqdan məhrum edilib. Onlar mayın 26-da saxlanılmışdılar.

İyulun 7-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində erməni hərbçilərə hökm oxunub.
Hökmü Fəhmin Hümbətovun sədrlik etdiyi, Hafiz Əliyev və Aynur Rzayevadan ibarət hakimlər kollegiyası çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmdə yazılıb ki, Karen Kazaryan və Arutyun Ovagimyana qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini tapıb.

İttihama əsasən, adları çəkilən təqsirləndirilən şəxslər Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvləri olublar. Onlar Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə, sərhədi qanunsuz keçiblər.

Arutyun Ovagimyan və Karen Kazaryan həmçinin sərhəddən silah-sursat keçirməkdə və Azərbaycan ərazisində terror törətməyi planlaşdırmaqda ittiham olunur. İddia olunur ki, onlar saxlanılanda üstündən “Kalaşnikov” avtomatı, 10 patron və bir güllə darağı aşkarlanıb.
Lakin onlar bu ittihamı qəbul etmir, Azərbaycan ərazisində terror aktları törətmək məqsədilə sərhədi bilərəkdən qanunsuz keçmələri barədə yazılanlarla razılaşmırlar.

1989-cu il təvəllüdlü Arutyun Ovagimyan və 2004-cü il təvəllüdlü Karen Kazaryana qarşı qaçaqmalçılıq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq, milli düşmənçilik salmaya yönəlik hərəkətlər və s. ittihamlar irəli sürülüb.

Dörd nəfər – Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Məhərrəmov və İbrahim Şıxlarov isə zərərçəkmiş qismində tanınıb. Onlar Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Təqsirləndirilən erməni hərbçilər məhkəmədə dövlət hesabına vəkil və Azərbaycan dilindən erməni dilinə və ya əksinə tərcüməçi ilə təmin olunub.

Ermənistan Müdafiə Nazirliyi saxlanılan hərbçilərin təxribat-diversiya qrupunun üzvləri olması, onların sərhəddə təxribata cəhd göstərməsi haqda Azərbaycan tərəfinin yaydığı məlumatı təkzib edib:

“Ermənistan tərəfinin guya sərhədin cənub-şərq hissəsində təxribat törətməyə cəhd etməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar tamamilə yalandır və reallığa uyğun gəlmir”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button