2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“EU Reporter”: “Makronun açıqlamaları onun Qarabağda separatizmi dəstəkləməsinə sübutdur”

Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni lobbisi ilə görüşdə qərəzli, birtərəfli və reallıqdan uzaq açıqlamaları onun Qarabağda separatizmi fəal şəkildə dəstəkləməsinə sübutdur.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə Fransa liderinin məqsədlərini anlamağa çalışan analitik Ceyms Uilsonun “Eureporter”də dərc olunan məqaləsində deyilir.

Onun sözlərinə görə, Cənubi Qafqaz kiçik region olsa da, burada bir neçə fövqəldövlətin maraqları toqquşur.

Müəllif Avropa İttifaqı (Aİ) və ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında çox maraqlı olduğunu vurğulayıb: “Həm ABŞ, həm də Aİ sülh sazişinin imzalanmasına vasitəçilik edir”.

C.Uilson bildirib ki, Fransa dövlət başçısı digər Avropa ölkələrinin Qarabağda separatizmi dəstəkləməməsindən də narahat deyil.

Müəllifin fikrincə, Makron etiraz və iğtişaş dalğası ilə sarsılan ölkəsində asayişi və sakitliyi bərpa etmək əvəzinə, siyasi oyunlarla məşğuldur: “Bu, Avropa İttifaqı üçün enerji resursları mənbəyi olan Cənubi Qafqaz regionunu alovlandıra bilər”.

“Makron açıq şəkildə Cənubi Qafqazdakı vəziyyətin sülh yolu ilə həllinə qarşıdır”, – o əlavə edib.

Ukraynanın ən böyük internet nəşrlərindən biri olan “Censor”da dərc edilən məqalədə qeyd olunub ki, Paris Qafqazda təsirini gücləndirmək üçün Moskva ilə siyasi koalisiyaya can atır.

“Fransadakı nüfuzlu qüvvələr diqqətlərini Azərbaycana yönəldirlər”, – Ukraynanın Fakty.ua onlayn nəşrində dərc edilən məqalədə vurğulanıb.

Müəllif həmçinin hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının təşviqi ideyalarının əksinə olaraq, E.Makronun hərəkətləri bu prosesə ancaq zərər vurur, bu isə Aİ və ABŞ-ın baxışlarına ziddir.

Analitik qeyd edib ki, İsrailin “i24” onlayn televiziyasının məlumatına görə, Parisin Ermənistana silah göndərilməsi ilə bağlı hərbi-siyasi qərarının əsas dəstəkçisi məhz Prezident Emmanuel Makrondur.

C.Uilsonun fikrincə, Makron Rusiya üçün faydalı olan açıq-aşkar anti-Avropa siyasəti yürüdür və Aİ enerji təhlükəsizliyini qorumaq istəyirsə, o zaman buna son qoyulmalıdır.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button