2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əvəz Zeynallının işi üzrə məhkəmə istintaqı tamamlandı: prokurorun çıxışı kəsildi…

Təqsirləndirilən şəxs prokurorun çıxışının kəsilməsinə etiraz edib

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə edilən “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun işi üzrə 8 aydır davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə hakim Əli Məmmədov məhkəmə istintaqının tamamlandığını elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Prosessual qaydalara görə, məhkəmə istintaqı başa çatandan sonra çıxışlar mərhələsi başlayır. İlk növbədə prokuror çıxış edərək, təqsirləndirilən şəxsə cəza istəyir. Bundan sonra vəkil müdafiə nitqilə çıxış edir. Ardınca təqsirləndirilən şəxs son sözünü deyir və bundan sonra hökm oxunur.

Əvəz Zeynallı və Elnur Şükürovun işi üzrə məhkəmə istintaqının yekunlaşdığı elan olunandan sonra prokuror Eldar Həmzə çıxışa başlayıb. Prokuror təxminən 5 dəqiqə çıxış edəndən sonra hakim Əli Məmmədov onun çıxışını yarımçıq dayandırıb. Hakim bildirib ki, öncədən təyin olunmuş başqa məhkəmə prosesləri var və onları keçirməlidir.

Əvəz Zeynallı prokurorun çıxışının kəsilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu vurğulayıb. O, məhkəmə prosesinin qısa müddətdə yekunlaşdırılmasını tələb edib.
Etirazlara baxmayaraq, hakim fikrini dəyişməyib. Prokurorun çıxışı yanvarın 12-də keçiriləcək növbəti məhkəmə iclasında davam edəcək.

2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunurlar. Lakin onların heç biri özünü təqsirli bilmir.

Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button