2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 33 733 nəfərə çatıb

Cari ilin 11 ayında sistemdə əlavə olaraq 5 871 nəfər əcnəbiyə fərdi hesab açılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində cari ilin noyabr ayı ərzində 378 nəfər əcnəbi şəxs qeydiyyata alınıb ki, bu da əvvəlki oktyabr ayı ilə müqayisədə 54,3 faiz çoxdur. Ümumilikdə bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 5 871 nəfər əcnəbiyə fərdi hesab açılmaqla, sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı 33 733 nəfərə çatıb.
Hazırda fərdi uçot sistemində 122 ölkənin vətəndaşları qeydiyyatdadır. Onların sırasında say baxımından ilk yerləri Тürkiyə (15 626 nəfər), Gürcüstan (3 254 nəfər) və Rusiya (1 941 nəfər) vətəndaşları tuturlar. Həmçinin sistemdə Özbəkistandan (1 809 nəfər), Hindistandan (1 437 nəfər), İrandan (1 049 nəfər), Çindən (924 nəfər), Banqladeşdən (880 nəfər), Pakistandan (715 nəfər), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığından (674 nəfər), Ukraynadan (555 nəfər), Türkmənistandan (327 nəfər), Filippindən (306 nəfər), ABŞ-dan (297 nəfər), Almaniyadan (270 nəfər), Qazaxıstandan (257 nəfər), İtaliyadan (218 nəfər) və s. ölkələrdən olan əcnəbilər fərdi hesaba malikdirlər.
Sistemdə qeydiyyatda olan əcnəbilərin 29 798 nəfərini (88,3 faiz) kişilər, qalanlarını qadınlar təşkil edir.
2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiqinə başlanan fərdi uçot sistemi ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan, respublikamızın mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb edilən digər gəlirləri əldə edən əcnəbilərin də öz fərdi hesablarında pensiya kapitalı toplamalarına şərait yaradıb. Bununla da onlar gələcək pensiya təminatı hüquqlarını formalaşdırmış olurlar.
Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 dekabr 2016-cı il tarixinə 3 352 983 nəfər təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button