2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fərhad Əhmədov Yeni ili milyarderlərlə Karib dənizində, Sent Bart adasında qarşılayır

Dünyanın ən varlı adamlarının bir qrupu Yeni ili qarşılamaq üçün öz dəbdəbəli yaxtaları ilə Karib dənizindəki Sent-Bart adasına toplaşıb. Onların arasında azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədov da var.

Bu barədə nüfuzlu “Forbes” jurnalının adadan hazırladığı reportajda deyilir. Sent-Bart adası misilsiz təbiət mənzərələrinə, olduqca təmiz dəniz suyuna və çimərliklərə malik olmaqla milyonerlər adası kimi tanınır.

“Forbes” yazır ki, Karib dənizindəki bu kiçik ada dövlətinin paytaxtı Qustavianın dəniz limanında dünya zənginlərinin “üzən sarayları lövbər salıb. Onların arasında məşhur kino ulduzları, oliqarxlar, neft maqnatları, digər zəngin iş adamları var. Hazırda limanda cəmi 43 superyaxta lövbər salıb. “Forbes” onların hər birinin fotolarını və kimə məxsus olduğunu təqdim edir: (http://www.forbes.com/pictures/ggdk45kejl/yacht-arete/#5a6a9f876d43)

Saytların yığılması Saytlarin yigilmasi

Əsasən dünya zənginlərinin istirahət məkanı olan, cənnətməkanı xatırladan Sent-Barts adasının qonaqlarının bir qismi oktyabr ayında istifadəyə verilən “Le Barthélemy Hotel & Spa” lüks otelində yerləşib. Oteldə cəmi 46 nömrə var, onların hamısı lüks sinifdəndir. Habelə otel özəl hovuza malik “Ocean Lux Suite”ə malikdir.  Adanın digər lüks məkanları arasında yeni Aux Amis restoranıdır, onun şef-aşbazı məşhur Qay Martindir. Habelə adada “İnn” brendinə məxsus “Francoise Plantation” oteli bir neçə illik fasilədən sonra “Villa Marie” adı altında yenidən açılıb. Bununla belə otelin restoranı yenə də “Francoise Plantation” adını daşıyır.

Adanın əyləncə məkanlarında qonaqlar üçün müxtəlif proqramlar nəzərdə tutulur. Bura “John Legend” və  “DJ Jack-E” estrada qruplarının canlı ifaları, Sesilia Pellunun, Farel Uilyamsın və digər ulduzların, habelə  “Rolling Stones” və  U2 qrupunun konsertləri daxildir. Yeni il bayramı günlərdə adada moda ikonası “Dolce & Gabbana” nəhəng axşam ziyafəti verəcək, bir çox top-dizaynerlər, o cümlədən “Prada” və “Hermes” yeni mağazalarının açılışlarını edəcəklər.

Adaya öz yaxtaları ilə yan alan milyarderlər istəsələr Sent Barsın ən dəbdəbəli villalarında , o cümlədən “Wimco Villas”da və 8 yataq otağı olan “Villa Kemp Devid”də də qala bilərlər. Bu villanı bir həftəlik tətil üçün 420 min dollara kirayələmək olar. Digər və daha ucuz villalar da var. Bunlarahəftəsi 140 min dollara olan “Villa Palm Beach” və 110 min dollara “Villa Olive” daxildir.

“Forbes” hazırda adada lövbər salan yaxtalardan bir neçəsini və onların sahiblərini sadalayır. Bunların arasında Roman Abramoviçin 162.5 metrlik “Eclipse” adlı nəhəng yaxtası, Rusiyadan olan azərbaycanlı qaz milyarderi Fərhad Əhmədovun 115 metrlik “LUNA” adlı yaxtası, yenə də rusiyalı neft-qaz milyarderi Yevgeni Şvidlerin 113 metrlik “LE GRAND BLEU” yaxtası yer alır. Jurnal qeyd edir ki, həmin yaxtanı Şvidlerə dostu Roman Abramoviç hədiyyə edib.

Sent-Bartsda yer alan yaxtalardan biri də fransalı milyarder, “Louis Vuitton” brendinin sahibi Bernar Arnonun 101.8 metr uzunluğunda olan “Simfoniya” yaxtasıdır. Habelə ABŞ-dan olan kazino maqnatı, milyarder Stiv Uinn də Yeni ili adada qarşılamağa hazırlaşanlar arasındadır. Onun 92 metrlik “AQUARIUS” yaxtası Sent-Bartsa yan alıb. Habelə ABŞ-dan olan geyim maqnatı, milyarder Lesli Veksnerin (“Victorias Secret” brendinin sahibi)  96.3 metr uzunluğunda olan “Limitless” yaxtası, yunan milyarder, investisiya fondunun sahibi Yelena Ambrosiadounun 88 metrlik “MALTESE FALCON” yaxtası Sent-Barts sahillərinə yan alıb.

Adada Yeni ili qarşılamağa hazırlaşanlar arasında “Facebook”un sahibi Mark Zukeberq, məşhur musiqiçi Pol Makartni və digər məşhurlar da var. Bildirilir ki, adaya ümumi sərvəti 258 milyard dollar olan 54 milyarder toplaşıb. Bunların arasında yuxarıda sadalananlardan əlavə rusiyalı polad milyarderi Dmitri Pumpyanski, digər rusiyalı oliqarx-milyarder Dmitri Rıbolovlev, britaniyalı daşınmaz əmlak maqnatı Entoni Lyons, kanadalı polad boru maqnatı Barri Zekelman , Anqola prezidentinin qızı İzabel dos Santos və digərlər zənginlər yer alır.

Xatırladaq ki, azərbaycanlı milyarder Fərhad Əhmədovun “Luna” yaxtası dünyanın ən böyük səyahət yaxtasıdır. Bu yaxta əslində  Almaniya tərsanələrindən birində Roman Abramoviçin sifarişi əsasında yığılırdı. Lakin yaxta hazır olanda Abramoviç onu dostu Fərhad Əhmədova satmaq qərarına gəlib. Daha doğrusu azərbaycanlı milyarder özünün dünya səyahəti xəyalını həyata keçirmək üçün Abramoviçdən yaxtanı ona satmağı xahiş etmişdi.

“Luna” yaxtası istənilən hava şəraitində üzməyə qadirdir, əlavə yanacaq götürmədən Atlantik okeanını üç dəfə keçə bilər. Cəmi 7 mühərriki var və hər birinin gücü 5 min at gücünə bərabərdir. Yaxtanın generatorlarının hasil etdiyi elektrik enerjisi əhalisi 17 min nəfər olan kiçik Avropa şəhərini elektriklə təchiz etməyə imkan verərdi. Yaxta sutkada 45 ton dəniz suyunu içməli suya çevirə bilən qurğu ilə təchiz olunub. O, həmçinin dünyada ekoloji baxımdan ən təmiz gəmi hesab olunur. Yaxta praktiki olaraq bütün mümkün təhdidlərə qarşı təhlükəsizlik sistemlərinə malikdir. “Luna” Azərbaycan bayrağı altında üzür və F.Əhmədov onunla 2014-cü ildən dünya səyahətinə çıxıb.

Azərbaycanlı milyarderin yaxtasının fotolarını təqdim edirik:

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button