2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fərhad Abdullayev: “Azərbaycan Konstitusiyasının əsas diqqət mərkəzində insan amili, onun hüquq və azadlıqları dayanır” – MƏQALƏ

Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 28 il keçir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” bu əlamətdar gün münasibətilə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məqaləsini təqdim edir:

“Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi… Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu günlərdə biz Azərbaycan dövlətçiliyi və xalqı üçün xüsusi əhəmiyyətə malik tarixi hadisənin növbəti ildönümünü qeyd edirik. Belə ki, iyirmi səkkiz il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlət müstəqilliyinin ilk illərində əldə edilən ən mühüm nailiyyətlərdən biri olmaqla, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində tamamilə yeni mərhələnin əsasını qoydu. Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunun qəbulunun növbəti ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan misilsiz Qələbə şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi Konstitusiya Gününü daha da əlamətdar edir.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Əsas Qanunun qəbul edilməsi, həmçinin, ölkənin inkişafında yeni mərhələyə, yəni dövlət siyasətinin mərkəzində insanın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə xarakterizə olunan mərhələyə qədəm qoyulmasının göstəricisi oldu.

Məlum olduğu kimi, 2023-cü il dövlətimiz və cəmiyyətimiz üçün mühüm olan yubiley tarixləri ilə əlamətdardır. Bu il dahi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dahi öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderimizin əziz xatirəsinə və zəngin irsinə növbəti ehtiram nümunəsidir.

Eyni zamanda, 2023-cü il oktyabrın 15-də Dövlət Başçısı cənab İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi tamam olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun dövlətimiz və xalqımız üçün ən düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə məhz bu siyasətin layiqli davamçısı olan cənab İlham Əliyevə böyük etimad göstərərək onu dəstəkləmişdir. Bununla da, ölkəmizin inkişafında tamamilə yeni bir mərhələ başlamışdır.

Azərbaycanın müasir dövlətçilik tarixinə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək yeni şəraitə uyğunlaşdırdığı siyasət nəticəsində dövlətimiz misilsiz inkişaf yolu keçmişdir.

Müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesində ilk Konstitusiyasının qəbulu dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindəndir. Hər bir azərbaycanlı Ulu Öndərin şəxsiyyətinə, onun ideyalarına və qoyduğu dəyərli irsə dərin hörmət hissi ilə yanaşır. Dahi Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş və ümumxalq sevgisi qazanmışdır. Şübhəsiz ki, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır və Ümummilli Liderin zəngin və çoxşaxəli irsinin öyrənilməsi hər zaman aktual məsələ olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir”.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz tarixi nöqteyi-nəzərdən qısa müddət ərzində əsrlərə bərabər inkişaf yolu keçdi. Məhz dahi Heydər Əliyevin iradəsi, ağlı, təcrübəsi və digər mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və Vətəninə sevgisi sayəsində müasir müstəqil Azərbaycan dövləti quruldu və möhkəmləndi.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button