2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimiXəbərlər

Fikrət Fərəməzoğlu vəkildən niyə imtina etdi? – İlginc detallar

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu vəkil Nemət Kərimlidən imtina edib.

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.
“Bu gün Fikrət Fərəməzoğlu ilə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (MCQMBİ) görüşdüm. Müstəntiq məni ona təqdim etdi. Amma Fikrət Fərəməzoğlu vəkil kimi mənim xidmətimdən imtina etdiyini bildirdi”, – Nemət Kərimli deyib.
“Dünən mən müstəntiq Hacı Əfəndiyevlə əlaqə saxlamışdım. O, elə dünən saaat 5-dən sonra məni vəkil kimi təqsirləndirilən şəxsə təqdim etməli idi, bunu razılaşdırmışdıq. Lakin o, telefon zənglərimə cavab vermədi. Bu gün səhər isə, o, orderi məktubla göndərməyimi məsləhət gördü, bu isə qanunvericiliyə uyğun deyil. Sonra isə müstəntiq zəng edərək, təqsirləndirilən şəxsə təqdim etmək üçün məni idarəyə dəvət etdi. Mən müstəntiqin otağına daxil olarkən Fikrət Fərəməzoğlu artıq otaqda oturmuşdu. O, dərhal mənə bildirdi ki, mənim vəkil xidmətimdən imtina edir və bu barədə ərizə yazıb müstəntiqə təqdim etdi”, – Nemət Kərimli deyib.
“Basta” əməkdaşının “Fikrət Fərəməzoğluna təzyiq edilibmi” sualına cavabında vəkil bunu istisna etməyib.
“Mən onunla tək-bətək görüşə bilməmişəm və imtinasının dəqiq səbəbi mənə məlum deyil. Amma Cinayət Prosesual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində həbs qərarı olduqda, o, 24 saat müddətində müvəqqəti saxlanma yerindən istintaq təcridxanasına köçürülməlidir. Fikrət Fərəməzoğlunun barəsində həbs qətimkan tədbiri  iyulun 2-də seçilib, müddət ötürülsə də, onun hələ də MCQMBİ-də saxlanılması təzyiqlərin olduğunu istisna etmir. Bu faktın özü beynəlxalq məhkəmə qərarlarının presedentinə əsasən pis rəftar sayılır”, – Nemət Kərimli bildirib.
Jurnalistin yaxınlarından “Basta”nın əldə etdiyi məlumata görə, Fikrət Fərəməzoğlunu inandırıblar ki, bu işin siyasiləşməsi onun zərərinə ola bilər. Bu səbəbdən Fikrət Fərəməzoğlu siyasi işlərdə daha çox təcrübəsi olan vəkil Nemət Kərimlinin xidmətindən imtina edib.
Fikrət Fərəməzoğlu hədə-qorxu yolu ilə pul tələb etmək ittihamı (CM-nin 182-ci maddəsi) ilə həbs edilib.
Bastainfo.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button