2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanılır

Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanılıb.

Toplum TV xəbər verir ki, bunu yanvarın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara re-investisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir.

Bütün bunlarla yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədəuyğundur. Xüsusən kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək”.

Deputatın sözlərinəg görə, güzəştlər mikrosahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı, növbəti 3 ildə qüvvədə olacaq. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button