2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Fondun nazirliyə birləşdirilməsi jurnalistlərin başında çatladı

 

Müsabiqəyə qatılan media əməkdaşlarının əziyyəti əlində qalıb

Prezident Ilham Əliyevin 18 mart fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Dövlət Sosial Müdafiə Nazirliyinə (DSMN) birləşdirilməsi jurnalistlərin başında çatlayıb. Bu barədə 24saat.org-a özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, DSMF 23 fevral tarixində “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda jurnalistlər üçün müsabiqə elan etsə də, hələ də müsabiqəınin nəticəsindən xəbər-ətər yoxdur. Halbuki, müsabiqəyə yazı qəbulu cari ilin 23 mart tarixində başa çatıb və müsabiqədə onlarla jurnalist iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı 24 saat.orga daxil olan məlumata görə, fondu özündə birləşdirən nazirlik belə bri müsabiqə keçirmədiyi üçün DSMF-nin keçirdiyi müsabiqəyə yiyə durmaq istəmir. DSMF isə iddia edir ki, məlum birləşmədən sonra bütün səlahiyyətlər DSMN-ə məxsus olduğu üçün müsabiqəyə təqdim edilən yazılar da nazirliyin ekspertləri tərəfindən qiymətləndirilməli və nəticələr, bu nəticələrə görə elan edilən pul mükafatları da məhz DSMN tərəfindən verilməlidir.

Müsabiqə ilə bağlı yaranmış hazırkı vəziyyət adıçəkilən dövlət qurumlarını narahat etməsə də, müsabiqəyə yazı təqdim edən jurnalistlər mövcud durumdan narazıdır. Onlar hesab edir ki, DSMN DSMF-ni özünə birləşdirdiyi, onunla bağlı bütün məsuliyyət və cavabdehliyi öz üzərinə götürdüyü üçün elan edilən və başa çatan müsabiqə ilə bağlı məsuliyyəti də öz üzərinə götürməli, qaliblərin müəyyən edilməsi və mükafatlandırılmasını təmin etməlidir.

Xatırladaq ki, qaliblərin mükafatlandırılması üçün nəzərdə tutulan məbləğlər aşağıdakı kimidir:

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla üç yer.

Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat;
2-ci yer – hər biri 500 manat olmaqla iki yer;
3-cü yer – hər biri 300 manat olmaqla iki yer.

Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat –da nəzərdə tutulub ki, onların da cəmi məbləği 1500 manatdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button